Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti qarşıdakı illərdə Ermənistan ərazisindəki fəaliyyətini tamamilə dayandıracaq.
Denmedia.az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
“Bu müddət ərzində Ermənistanın sərhədlərini qoruduqlarına görə Rusiya sərhədçilərinə minnətdarıq. Lakin hesab edirəm ki, qarşıdakı illərdə sərhədlərimizin mühafizəsinə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyin vaxtı çatıb”, – Paşinyan qeyd edib.

