Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov Moskvada həbs edilib.
Denmedia.az xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı noyabrın 25-də 235-ci Qarnizon Hərbi Məhkəməsi qəbul edib.
Generalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamların mahiyyəti barədə rəsmi məlumat verilmir. Güc strukturlarına yaxınlığı ilə tanınan “Baza” Teleqram kanalının məlumatına görə, Qrexov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Qrexov 2021-ci ildən Hava-Kosmik Qüvvələrin baş komandanının silahlanma üzrə müavini vəzifəsində çalışır. O, 2015–2018-ci illərdə Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Qoşunlarına komandanlıq edib.
Generalın həbsi ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi təqdim edib.

