Amerikalı aktyorlar Bred Pitt və Ancelina Coli Fransadakı “Chateau Miraval” şərab istehsalı müəssisəsi ilə bağlı uzun illər davam edən məhkəmə mübahisəsinə son qoyublar.
Denmedia.az xəbər verir ki, keçmiş həyat yoldaşları yaydıqları bəyanatda ailələrinin maraqlarını nəzərə alaraq mübahisəni məhkəmədən kənar qaydada həll etdiklərini bildiriblər.

Pitt və Coli məsələ ilə bağlı əlavə şərh verməkdən imtina ediblər.
Aktyorlar, həmçinin jurnalistlərin anonim mənbələrə istinadən yaydıqları şərhlərin nə onlara, nə də yaxınlarına aid olduğunu vurğulayıblar.

Tərəflər arasında əldə olunan razılaşmanın şərtləri açıqlanmayıb.

