Şimali Kiprin Girnə şəhəri sahillərində baş verən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
Denmedia.az “Haber Global”a istinadən xəbər verir ki, saxlanılan şəxs gəminin ekipaj üzvü, Azərbaycan vətəndaşıdır.
İlkin məlumata görə, gəminin qəzaya uğramasına səbəb olduğu ehtimal edilən çatı ilk dəfə məhz həmin şəxs aşkarlayıb. O, zədələnmiş hissənin fotosunu çəkərək gəminin ikinci kapitanına göndərib.
Məhkəmə onun bir gün müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə şəhəri sahillərində gəmi qəzası baş verib. Hadisə zamanı 239 nəfər xilas edilib, ölənlərin sayı isə 26-ya çatıb.
Hadisə ilə əlaqədar daha əvvəl üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər saxlanılıb.

