Fransada polis əməkdaşları noyabrın 26-da ölkəboyu çoxsaylı etiraz aksiyaları keçirəcəklər.
Denmedia.az BFMTV telekanalına istinadən xəbər verir ki, ölkədə davam edən kütləvi etirazlar fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ödənişlərin, o cümlədən riskə görə verilən müavinətlərin artırılmasını tələb edəcəklər.
Daxili İşlər Nazirliyinin onların tələblərinə verdiyi cavablardan narazı qalan polis əməkdaşları noyabrın 26-da genişmiqyaslı ümumölkə etiraz aksiyaları keçirmək qərarına gəliblər.
Telekanalın məlumatına görə, polis əməkdaşları bu yolla tələblərinin eşidilməsinə nail olmaq istəyirlər.

