Noyabrın 27-də Azərbaycanda gözlənilən hava şəraiti barədə məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Denmedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5–8, gündüz 12–15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 55–65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2–7, gündüz 12–16 dərəcə isti, dağlarda gecə 0–5, yüksək dağlıq ərazilərdə 10–15 dərəcə şaxta, gündüz isə 0–5 dərəcə isti olacaq.

