Dünyaca məşhur bolqar öncəgörəni Vanqaya aid edilən 2027-ci il proqnozlarında Buğa bürcü ilə bağlı diqqətçəkən iddia yer alıb.
Denmedia.az xarici mətbuata istinadən xəbər verir ki, yeni ildə maddi baxımdan böyük dəyişikliklər yaşaya biləcəkləri deyilən Buğaların qarşılarına çıxan fürsətləri düzgün dəyərləndirəcəkləri təqdirdə milyonlar qazana biləcəkləri iddia olunur.
Astroloji şərhlərə görə, uzun müddətdir çəkdikləri zəhmətin qarşılığını gözləyən Buğalar 2027-ci ildə maddi sıxıntılardan qurtula bilərlər. Xüsusilə karyerasına, təhsilinə və şəxsi layihələrinə sərmayə qoyanların yeni ildə əhəmiyyətli gəlir əldə edə biləcəkləri bildirilir.

İş həyatındakı dəyişikliklərin də Buğaların gəlirlərinə birbaşa təsir göstərə biləcəyi qeyd olunur. Gözlənilməz iş təklifi, vəzifə yüksəlişi və ya karyera dəyişikliyi onların hazırkı qazancını xeyli artıra bilər.
Buğa bürcü üçün 2027-ci ilin ən mühüm yeniliklərindən birinin yeni işgüzar əlaqələr olacağı ehtimal edilir. Gözlənilməz anda qarşılarına çıxan bir insan və ya aldıqları təklif böyük qazancın qapısını aça bilər.
Xüsusilə ticarət, sahibkarlıq və işgüzar tərəfdaşlıq sahələrində yeni fürsətlərlə qarşılaşa biləcək Buğaların gəlirlərini dəfələrlə artırmaq imkanı əldə edəcəkləri iddia olunur.
Təhlükəsiz və sabit həyat tərzinə üstünlük vermələri ilə tanınan Buğaların 2027-ci ildə alışdıqları həyat tərzindən kənara çıxacaqları təqdirdə maliyyə baxımından böyük irəliləyiş əldə edə biləcəkləri irəli sürülür.
Astroloji şərhlərdə yeni fürsətlərə açıq olan və düşünülmüş addımlar atan Buğaların həyatlarının ən gəlirli dövrlərindən birini yaşaya biləcəkləri bildirilir.
Bununla belə, Vanqaya aid edilən bu proqnozların həqiqiliyini təsdiqləyən etibarlı sənəd yoxdur. Astroloji şərhlər də elmi əsasa söykənmir.

