Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkarlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Dubay–Bakı aviareysi ilə gələn Hindistan vətəndaşı şəxsi yoxlamadan keçirilib. Yoxlama zamanı aşkarlanmasını çətinləşdirən üsullarla gömrük nəzarətindən gizlədilmiş iki boyunbağı aşkar edilib.
Müəyyən olunub ki, zinət əşyaları 750 əyarlı 79,27 qram qızıldan və 57,779 karat brilyantdan hazırlanıb. Boyunbağıların ümumi dəyəri 166 min 610 manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

