Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərinə və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsinin nəticələri elan edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə incəsənət təhsili sahəsində insan resurslarının inkişafı, məktəb və mərkəzlərin kadr potensialının gücləndirilməsi, eləcə də vakant vəzifələrə ixtisaslı müəllimlərin cəlb olunması məqsədilə keçirilib.
İşə qəbul prosesində şəffaflığın təmin olunması və namizədlərin vahid meyarlar əsasında qiymətləndirilməsi məqsədilə müsabiqənin test və müsahibə mərhələləri Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilib. Hər iki mərhələnin yekununa əsasən, 199 namizəd uğurlu nəticə əldə edib.
Namizədlər vakant yer seçiminin nəticələri ilə “MyCulture” vahid şəxsi kabinetində tanış ola bilərlər.

