İndoneziyanın Bali adasında miqrasiya qanunvericiliyinin pozulması hallarının artması ilə əlaqədar əcnəbi vətəndaşlara nəzarət gücləndirilib.
Denmedia.az xəbər verir ki, bu barədə adanın Miqrasiya Xidməti məlumat yayıb.
Yoxlamalar zamanı ölkədə qalmaq üçün verilmiş icazələrdən təyinatına uyğun istifadə etməyən, eləcə də hüquq pozuntuları törətməkdə şübhəli bilinən əcnəbilərə xüsusi diqqət yetirilir.
Qurum nəzarətin gücləndirilməsini əcnəbilərin miqrasiya qaydalarını pozmaq üçün əl atdıqları üsulların artması ilə əlaqələndirib.
Miqrasiya Xidmətinin məlumatına görə, ötən həftə müxtəlif ölkələrin 39 vətəndaşı Balinin Nqurah-Ray Beynəlxalq Hava Limanından deportasiya edilib.

