Amerikalı milyarder İlon Mask ABŞ-də hər uşağa aerokosmik şirkəti olan “SpaceX”in iki səhmini verməyi vəd edib.
Denmedia.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, səhmlərdən birini şəxsən özü, digərini isə şirkəti təqdim edəcək.
“Amerikada hər uşaq iki “SpaceX” səhmi alacaq: birini şirkətdən, digərini isə şəxsən məndən”, – Mask yazıb.

