Avropalı siyasətçilər hesab edirlər ki, Macarıstan hökumətinin rəhbəri kimi təqdim olunan Peter Magyarın Ukraynanın Avropa İttifaqına üzvlük dialoqunun təsdiqlənməsi məsələsində tələsməməsi ona siyasi baxımdan baha başa gəlir.
Bu barədə Politico Aİ rəsmilərindən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna ilə Aİ-yə üzvlük danışıqları üzrə qərarın gecikdirilməsi Magyar üçün ciddi siyasi nəticələr yarada bilər. Avropa siyasətçiləri bu mövqenin Macarıstanın Aİ daxilindəki mövqeyinə də təsir göstərə biləcəyini düşünürlər.

