Peter Magyar Macarıstan parlamentinin yeni çağırış üzrə ilk iclasında ölkənin baş naziri seçilib.
Onun namizədliyini 140 deputat dəstəkləyib, 54 nəfər əleyhinə səs verib, bir deputat isə bitərəf qalıb.
Səsvermənin nəticələri elan olunduqdan dərhal sonra canlı yayımda Peter Magyar baş nazir kimi and içib.
O, bu vəzifədə Viktor Orbanı əvəz edəcək.
Viktor Orban fasiləsiz 16 illik hakimiyyətdən sonra “FİDES — Macarıstan Vətəndaş Birliyi” partiyası ilə birlikdə müxalifətə keçir.

