Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, bu vəzifəyə Mixail Drapatı təyin olunub.
Zelenskinin digər sərəncamı ilə Drapatı Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr komandanı vəzifəsindən azad edilib.
Aleksandr Sırskinin hər hansı başqa vəzifəyə təyin olunması barədə hələlik məlumat verilməyib.

