Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib.
Ukrayna mediasının məlumatına görə, bununla bağlı müvafiq əmri Ukraynanın müdafiə naziri Mixail Fyodorov imzalayıb.
Gündüz Məmmədov əslən Gəncədəndir. O, daha əvvəl Ukrayna prokurorluq sistemində çalışıb, Odessa prokuroru, daha sonra Odessa vilayəti prokurorunun müavini, həmçinin Krım Muxtar Respublikasının prokuroru vəzifələrini tutub.
2019-2022-ci illərdə isə Ukrayna baş prokurorunun müavini vəzifəsində işləyib.
Onun təşəbbüsü ilə ixtisaslaşmış “müharibə departamenti” yaradılıb.

