Tacikistan hakimiyyəti milli ənənələrə uyğun hesab edilməyən geyim və görünüş elementlərinə qarşı məhdudiyyətləri sərtləşdirib.
Nuz.uz-un məlumatına görə, ölkədə qara hicabların, ərəb üslublu geyimlərin və müəyyən formada saqqal saxlanmasının qadağan edildiyi bildirilir.
Rəsmi qurumlar bu tədbirləri dini radikalizm və ekstremizmlə mübarizə zərurəti ilə izah edirlər. Həmçinin “Tacikistan mədəniyyətinə yad” sayılan geyimlərin ölkəyə gətirilməsinə və istifadəsinə nəzarətin gücləndirildiyi qeyd olunur.
Yerli hakimiyyət nümayəndələri qadınları ənənəvi tacik geyimlərinə üstünlük verməyə çağırırlar. Hüquq-mühafizə orqanlarının isə dini ekstremizmlə əlaqələndirilən saqqal formalarına qarşı nəzarəti artırdığı bildirilir.

