Ermənistan mediasının məlumatına görə, Avropa İttifaqı ölkəyə 43,9 milyon avro həcmində əlavə qrant vəsaiti təqdim edib.
Ayrılan məbləğ hesabına hökumətin ehtiyat fondu eyni həcmdə artırılıb.
Vəsaitin təhsil sisteminin dəstəklənməsinə, dövlət institutlarının gücləndirilməsinə, ölkənin dayanıqlığının artırılmasına və büdcə dəstəyinə yönəldilməsi nəzərdə tutulur.

