Parisdə bıçaqla silahlanmış şəxs Fransa Səhiyyə Nazirliyinin binasına daxil olaraq kabinetlərdə sərbəst hərəkət edib.
RMC radiosunun mənbəyə istinadən yaydığı məlumata görə, kişi saat 06:00 radələrində fövqəladə çıxış qapısından binaya girib, ikinci mərtəbəyə qalxıb və bir neçə on dəqiqə ərzində təxminən 40 otağı axtarıb. Daha sonra o, kompüter avadanlığı ilə birlikdə binanı tərk edib.
Mühafizə xidmətinə dəhlizlərdə əlində ət doğramaq üçün istifadə olunan bıçaqla dolaşan naməlum şəxs barədə xəbərdarlıq edilib. Şübhəli mühafizəçilərlə qarşılaşarkən onları bıçaqla hədələyib.
O, iki çantanı atarkən polis patrulu tərəfindən görülüb və saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.

