İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı axşam saatlarında bildirib ki, ölkədə baş verən son iğtişaşların əsas təşəbbüskarı özünü Raha Parham kimi təqdim edən qadın olub. Qurumun açıqlamasına görə, onun əsl adı Nazanin Baradarandır. Bu barədə Mehr agentliyi məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, o, son bir neçə il ərzində üç dəfə adını dəyişib və “kənardan Pentaqon zabiti tərəfindən nəzarətdə saxlanılıb”.

