ABŞ Prezidenti Donald Tramp “doğum turizmi” adlandırılan praktikaya qadağa qoyan sərəncam imzalayıb.
Söhbət xarici ölkə vətəndaşlarının uşaqlarının ABŞ vətəndaşlığı alması məqsədilə doğuş üçün bu ölkəyə gəlməsindən gedir.
Ağ Ev aparat rəhbərinin müavini Stiven Miller sənədin imzalanması zamanı bildirib ki, bununla yanaşı, bəzi kateqoriyalara aid əcnəbilərin doğum hüququ əsasında ABŞ vətəndaşlığı əldə etməsi də məhdudlaşdırılır.
Məlumata görə, bu kateqoriyalara ABŞ-a qarşı düşmən mövqedə olan şəxslər, xarici terror təşkilatlarının üzvləri və xarici hökumətlərin maraqları naminə fəaliyyət göstərən şəxslər daxil edilib.

