"İyunun 14-də Vaşinqtonda Birləşmiş Ştatlar Ordusunun 250 illiyi şərəfinə möhtəşəm parad keçirəcəyimizi qürur hissi ilə elan edirəm".
Den.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
"İki əsr yarım ərzində cəsur əsgərlərimiz AZADLIĞIMIZI qorumaq üçün döyüşüb, qan töküb və həlak olublar. İndi biz onları xidmətlərinə və fədakarlıqlarına layiq gözəl paradla şərəfləndirəcəyik. Ölkənin hər yerindən amerikalılar parada dəvət olunur", - o əlavə edib.
Qeyd edək ki, 14 iyun həm də Trampın doğum günüdür.