Son bir ayda telefon zənglərindən istifadə edərək sistemlərə daxil olan fidyəçi hakerlər ABŞ-nin onlarla iri maliyyə şirkətini hədəfə alıblar.
Reuters-in məlumatına görə, hücumçular maliyyə şirkətlərinin əməkdaşları və özəl investorların parollarını oğurlamaq üçün saxta internet saytları yaradıblar.
Google-un kibertəhlükəsizliklə bağlı bloqunda hücuma məruz qalan şirkətlərin adları açıqlanmasa da, hakerlərin yaratdığı saxta saytların adları göstərilib. Onların arasında Redact, Pink, Helix və Falcon da var.
Ümumilikdə 72 saxta saytın yaradıldığı bildirilir.
Reuters yazır ki, hücumların qurbanları arasında Blackstone, Bridgewater, Apollo Global Management, KKR, Bain Capital, CME və Moody’s kimi iri şirkətlər də olub.
Google həmçinin bəzi şirkətlərin hakerlərə fidyə ödədiyini açıqlayıb.

