Almaniyada siyasi dairələr payızda keçiriləcək seçkilərdən sonra kanslerin istefası ehtimalını müzakirə edirlər.
Der Spiegel yazır ki, Xristian Demokrat İttifaqında hələlik konkret istefa planı hazırlanmasa da, partiya daxilində mümkün ssenarilər nəzərdən keçirilir.
Məlumata görə, XDS-dən olan üç əyalət baş nazirinin kanslerə vəzifəsini tərk etməyi təklif edə biləcəyi ehtimal olunur.
Bundan əvvəl Almaniya mediası kanslerin ictimai dəstəyinin cəmi 13 faizə düşdüyünü bildirmişdi. Sorğulara əsasən, almanların 84 faizi onun fəaliyyətindən narazı olduğunu açıq şəkildə ifadə edib.
Jurnalistlər vəziyyəti şərh edərkən qeyd ediblər ki, kanslerin cəmiyyəti birləşdirə bildiyi yeganə məsələ ona qarşı yaranmış geniş narazılıqdır.

