İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn seçkilər ərəfəsində ABŞ Prezidenti Donald Trampdan gözlədiyi dəstəyi hələlik ala bilməyib. Bu barədə Axios portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, qarşıdakı seçkilərdə Netanyahu üçün əsas vəzifə məğlubiyyətdən qaçmaqdır.
“Netanyahu uduzur. Tramp isə hələlik onun ümid etdiyi dəstəyi göstərməyib”, – deyə Axios yazıb.
İsraildə seçkilər 27 oktyabrda keçiriləcək. Son sorğulara əsasən, Netanyahunun rəhbərlik etdiyi koalisiyanın 49-53 mandat qazanacağı gözlənilir. Bu isə hökumət qurmaq üçün tələb olunan 61 mandatdan xeyli aşağıdır.

