ABŞ Müdafiə Nazirliyinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkələrdə Yaxın Şərqin xəritəsini paylaşaraq Qəzza zolağı və İordan çayının Qərb sahilini İsrail ərazisinin bir hissəsi kimi göstərib.
Xəritə CENTCOM rəhbərinin Yaxın Şərqə səfəri ilə bağlı paylaşımda yer alıb.
Təqdim olunan xəritədə Fələstin əraziləri ilə İsrail arasında sərhədi göstərən xətlər yoxdur. Bu səbəbdən Qəzza və İordan çayının Qərb sahili İsrailin ərazisi daxilində təsvir edilib.
Hazırda 157 ölkə, o cümlədən Rusiya Fələstini dövlət kimi tanıyır.
ABŞ isə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında Fələstinin müstəqilliyini tanımayan yeganə ölkədir.

