DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, Amerika tərəfi Cənubi Koreya ilə ticarət razılaşmasına nail olub.
“Biz razılığa gəldik, ticarət sazişi demək olar ki, tam razılaşdırılıb,” — Tramp Cənubi Koreya prezidenti Li Çje Myonla nahar zamanı deyib.
O əlavə edib ki, görüş çox yaxşı keçib və tərəflər milli təhlükəsizliklə bağlı məsələləri də müzakirə ediblər.

