Pakistan Ali Məhkəməsi həbsdə olan ölkənin keçmiş baş naziri İmran Xanın xəstəxanaya köçürülərək müayinə və müalicə olunmasına qərar verib. Bu barədə “Geo” telekanalı məlumat yayıb.
Qərara əsasən, İmran Xan növbəti məhkəmə iclasına qədər “Şifa” xəstəxanasına yerləşdiriləcək. Hakimiyyət orqanlarına siyasətçinin bütün tibbi sənədlərini məhkəməyə təqdim etmək tapşırılıb.
İmran Xanın vəkilləri daha əvvəl səhhətinə görə onun azadlığa buraxılmasını tələb ediblər. Müdafiə tərəfinin məlumatına görə, keçmiş baş nazirin sağ gözündə tromb səbəbindən görmə qabiliyyəti pisləşib.
İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. O, 2023-cü ildən etibarən korrupsiya ilə bağlı işlər üzrə həbsdədir.

