32 yaşlı operatorun gözlənilməz ölümü hamını kədərə boğdu...
“Den.az” xəbər verir ki, Lənkəran rayonunun Viyən kəndində 32 yaşlı İmran Məmmədov antibiotik iynəsindən sonra dünyasını dəyişdi. Kənd sakini olan Məmmədovun hərarəti yüksək olduğu üçün ona antibiotik vurulmuş, lakin dərmandan sonra halı pisləşmişdir.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası, Məmmədovun artıq həyatını itirdiyini təsdiqləyib. Onun cəsədi daha ətraflı müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.
Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator kimi çalışmış, müqaviləsi bitdikdən sonra isə toylarda çəkiliş edirdi. Hal-hazırda bu faciəvi hadisə ilə bağlı araşdırma aparılır.