Nyu-York dairə məhkəməsi ABŞ Dövlət Departamentinin Rusiya vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandıran qadağasını ləğv edib.
RİA Novosti-nin məlumatına görə, hakim Cannet Varqas qərarında bildirib ki, 75 ölkədən olan müraciətçilərə immiqrasiya vizalarının verilməsini faktiki olaraq dayandıran siyasət qanuna ziddir və qüvvədən salınmalıdır.
Məhkəmə qərarı artıq qüvvəyə minib.
Bununla belə, ABŞ Prezidenti Donald Trampın administrasiyası qərardan Apellyasiya Məhkəməsinə şikayət verə bilər.
Rusiya vətəndaşları üçün qeyri-immqrasiya vizaları əvvəl də əlçatan idi. Lakin bu vizalar üçün müraciətlərin ABŞ-ın Astana və Varşavadakı səfirlikləri vasitəsilə həyata keçirilməsi tələb olunurdu.

