Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya kansleri Fridrix Mertsin Kiyevə səfərini “qan üzərindən piar” kimi qiymətləndirib.
KP.RU xəbər verir ki, Zaxarova Almaniya kanslerinin Ukraynaya səfərini sərt tənqid edib.
“Qatillər həmişə cinayət yerinə qayıdırlar”, – deyə rusiyalı diplomat bildirib.
Zaxarova həmçinin Mertsin bu səfərlə zəifləyən siyasi reytinqini yüksəltməyə çalışa biləcəyini iddia edib.
Qeyd edək ki, oktyabrın 4-də Fridrix Mertsin əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəldiyi məlum olub.
Almaniya kanslerini səfərdə ölkənin iqtisadiyyat naziri Katarina Rayxe və iqtisadi nümayəndə heyəti müşayiət edir.
Bundan əvvəl Merts Rusiyanın “qəddar revizionizminin” Avropadakı mövcud nizama meydan oxuduğunu bildirmişdi.
Almaniya kansleri Ukraynadakı münaqişədə Avropanın təhlükəsizliyinin də təhlükə altında olduğunu vurğulamışdı.

