Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronu Ukraynanı dinc rusiyalılara qarşı terror aktları törətməyə sövq etməkdə ittiham edib.
Zaxarova kp.ru-ya müsahibəsində bildirib ki, Makronun Rusiyaya təzyiqin artırılması və Ukraynaya hərbi dəstəyin genişləndirilməsi ilə bağlı çağırışları, onun fikrincə, birbaşa olaraq mülki şəxslərə qarşı hücumların təşviqi deməkdir.
Bundan əvvəl Makron “X” sosial şəbəkəsində Avropa İttifaqı və tərəfdaşlarının Rusiyaya təzyiqi artırmağa və Ukraynaya hərbi yardımı gücləndirməyə davam edəcəyini yazmışdı.
Zaxarova həmçinin iddia edib ki, Fransa vətəndaşları ölkə rəhbərliyinin rusiyalı qadın və uşaqlara qarşı terror fəaliyyətində iştirak etdiyini bilməlidirlər.

