Budapeştdə Macarıstanın Baş naziri Peter Madyarın özbaşınalığına qarşı etiraz aksiyası keçirilib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, dövlət başçısının iqamətgahı qarşısına bir neçə min nəfər toplaşıb. Aksiya “Özbaşınalığı dayandıraq” şüarı altında müxalifətdə olan “Fides” və Xristian-Demokrat Xalq Partiyası tərəfindən təşkil edilib.
Etirazçılar Madyarı tənqid edən şüarlar səsləndirib, onun istefasını tələb edib və keçmiş baş nazir Viktor Orbana dəstək ifadə ediblər.
Aksiya iştirakçılarının əllərində Macarıstan bayraqları və baş nazirə, eləcə də onun “Tisa” partiyasına qarşı tənqidi plakatlar olub. Plakatlardan birində Madyar qanayan “Demokratiya” yazısını yeyən obrazda təsvir edilib.
Məlumata görə, etirazlara səbəb Madyarın parlamentə prezident Tamaş Şuyokun istefasını nəzərdə tutan konstitusiya dəyişikliyi təqdim etməsi olub.

