Ağ Evin qanunvericilik məsələləri üzrə direktoru James Braid ABŞ Prezidenti Donald Trampın administrasiyasını tərk edəcək.
Bu barədə Politico məlumat yayıb.
Nəşrin yazdığına görə, Braid qanunvericilik məsələləri üzrə direktor kimi Donald Trampın siyasi gündəliyinin Konqresdən keçirilməsinə cavabdeh olub.
Politico qeyd edir ki, Respublikaçılar Konqresdə cüzi üstünlüyə malik olduqları üçün bu vəzifə onsuz da mürəkkəb idi. Vəziyyət Trampın həm Nümayəndələr Palatasında, həm də Senatda öz partiyasının üzvləri ilə dəfələrlə fikir ayrılığı yaşaması fonunda daha da çətinləşib.
Nəşr Braidin gedişinin Ağ Ev üçün gərgin bir dövrə təsadüf etdiyini vurğulayır.
Məlumata görə, Donald Trampın ictimai dəstək göstəriciləri rekord dərəcədə aşağı səviyyədədir, Respublikaçılar Partiyası isə çətin keçəcəyi gözlənilən aralıq seçkilərinə hazırlaşır.

