İsrail Prezidenti İsxak Hersoq ölkənin baş naziri Benjamin Netanyahu ilə bağlı mümkün əfv məsələsində tələskənlik etməyəcək.
Bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, Hersoq əvvəlcə Netanyahunun günahını etiraf etməsini nəzərdə tutan razılaşma prosesinin başlanmasını istəyir.
Bildirilir ki, prezident yaxın zamanda əfv qərarı verməyi planlaşdırmır.
Xatırladaq ki, Netanyahunun işi ilə bağlı məhkəmə dinləmələri 2024-cü ilin dekabrında Təl-Əvivdə başlayıb. Ona qarşı bir neçə cinayət işi araşdırılır.
Ən ciddi ittihamlardan biri “4000 işi” ilə bağlıdır — iddiaya görə, o, Bezeq telekommunikasiya qrupunun maraqlarını müdafiə etmək qarşılığında müsbət media dəstəyi əldə edib.

