İsrail Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS-ın hərbi qanadının təxminən bir həftə əvvəl təyin edilən yeni lideri Məhəmməd Odeyə zərbə endirib.
Bu barədə The Times of Israel məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında qeyd olunur ki, Ode 2023-cü il 7 oktyabr hücumları zamanı HƏMAS kəşfiyyatına rəhbərlik edib.
Bəyanata əsasən, o, ötən həftə Qəzzada təşkilatın yeni lideri və hərbi qanadının rəhbəri təyin olunmuşdu.

