Rusiyanın paytaxtına bir neçə gündən sonra güclü qar yağacaq.
Den.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets xəbərdarlıq edib.
Sinoptikin məlumatına görə, dekabrın 15-də Moskvada 19-24 mm yağıntı düşəcək ki, bu da aylıq normanın demək olar ki, 40 faizini təşkil edir.
Tişkovets əlavə edib ki, qarşıdan gələn qar son yarım əsrdən çox müddətdə ən güclüsü olacaq.
Bundan əvvəl Hidrometeorologiya Mərkəzi Moskvada həftənin sonuna qədər qar yağacağını proqnozlaşdırmışdı. Paytaxt ərazisində havanın temperaturunun çox aşağı olması, yolların buz bağlaması və 15 m/s-ə çatan küləklə əlaqədar sarı hava xəbərdarlığı elan edilib.
Bu gün Moskvada -5...-7 dərəcə şaxta olacaq, sabah isə havanın temperaturu -4...-6 dərəcəyə enəcək, qar yağacaq, bəzi yerlərdə intensivləşəcək və çovğun olacaq.
Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.