15 
fev
2024
07:09
184

Çempionluğu qeyd edərkən atışma oldu, ölən və yaralananlar var

15 fev, 2024
07:09
184

Çempionluğu qeyd edərkən atışma oldu, ölən və yaralananlar var

ABŞ-nin Kanzas şəhərində atışma olub.

Den.az xəbər verir ki, hadisə Amerika Milli Futbol Liqasının qalibi olan "Kanzas Siti" klubunun çümpionluq sevincində baş verib.

Şəhər polisindən verilən açıqlamada, "Super Bowl" kimi tanınan çümpionluğun qeyd edilməsi üçün şəhər meydanına toplaşan insanlar arasındakı izdihamda silah səsləri eşidilib. 

Meydandakı Birlik Stansiyasının qərb hissəsində atəş səslərinin eşidildiyini bildirən polis qeyd edib ki, bayrama qatılan ən azı 10 nəfər güllələnib və yaralanıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 22-si isə yaralanıb.

Baş vermiş atışma ilə bağlı üç nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar