22 
fev
2024
17:51
215

Baxçada müəllimin döydüyü uşaq lal oldu

22 fev, 2024
17:51
215

Baxçada müəllimin döydüyü uşaq lal oldu

Rusiyanın Saratov vilayətində baxça müəllimi uşağı döyüb.

Den.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə uşağın valideyni məlumat verib. Onun sözlərinə görə, müəllimin oğluna qarşı zor tətbiq edib və bunun səhhətində problemlər yaranıb.

Belə ki, azyaşlı hadisədən sonra lal olub və buna görə də nevropatoloqa müraciət edilib.

Hadisə ilə bağlı yerli icra hakimiyyətinin müvafiq şöbəsi və prokurorluq araşdırmalara başlayıb.

Nəticədə baxçanın işində bir sıra qanun pozuntuları aşkar edilib. Uşağı döyən kiçik müəllim işdən çıxarılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar