Den.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni imtahan korpusu ilə tanışlıq zamanı media nümayəndələrinə açıqlaması zamanı deyib.
"İndiyə qədər keçirilən 45 imtahanın 21-i elektron formada keçirilən imtahan olub. O zaman şərait yox idi. Elektron imtahanlarda keçən il 7000 insan iştirak edib", - DİM sədri bildirib.
Məleykə Abbaszasənin sözlərinə görə, dövlət qulluğu ilə bağlı keçirilən imtahanlar artıq elektronlaşdırma prosesinə cəlb ediləcək:
"Eləcə də bu proses işə qəbul olma imtahanlarına da şamil ediləcək".
DİM rəhbəri deyib ki, bu il ərzində kontingenti 2000-dən az olan bütün imtahanlar artıq yeni imtahan korpusunda baş tutacaq:
"Bu mənada, artıq gələn ilki imtahan cədvəli barədə düşünülür. Hesab edirəm ki, bir il ərzində bütün imtahanlardakı iştirakçı sayı 10 000-dən az olan imtahanları elektron formatda burada keçirə biləcəyik".
Məleykə Abbaszadə onu da əlavə edib ki, regional bölmələrlə yanaşı, müxtəlif ali məktəblər və tədris mərkəzləri ilə də əlaqə yaradaraq kütləvi imtahanları elektron formata keçirmək üçün ölkə üzrə bu cür mühit yaradılacaq.
"Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən beş gün ərzində bu korpusda həyata keçiriləcək".
Şahnaz Əliyeva
Den.az
Bu imtahanlarla bağlı yenilik ediləcək - Məleykə Abbaszadə

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.