Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə 2024/2025-ci tədris ili üçün 36 ixtisas üzrə qəbul aparılır.
Den.az xəbər verir ki, ayrılan 2285 plan yerindən 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.
Ali təhsilin bütün səviyyələrində kadr hazırlayan BMU-da bakalavriat səviyyəsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.
Qəbul planına əlavə edilən yeni ixtisaslar sırasında “Biotexnologiya”, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” yer alır.
BMU-da informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün görülən işlərin davamı olaraq bir sıra yeniliklərin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bu yaxınlarda ali məktəbdə kibertəhlükəsizlik üzrə ilk laboratoriyanın açılması, kompüter və informasiya texnologiyaları üzrə maddi-texniki bazanın daha da gücləndirilməsi, elektron universitet kimi fəaliyyət göstərən ali məktəbdə bu yöndə olan xidmətlərin təkmilləşdirilməsi görülən tədbirlərdəndir.
Universitetdə təhsilin yüksək keyfiyyətdə tədrisinə xüsusi diqqət göstərilir və bu da gələcək mütəxəssislərin nüfuzlu şirkətlərlərdə çalışmalarına, əmək bazarında layiqli iş tapmalarına alverişli zəmin yaradır. BMU hazırda məzunlarının işlə təminatına görə öncül mövqedə dayanır və məzunların 72,5 %-i məhz öz ixtisası üzrə çalışır.
Ölkəmizdə böyük kampusa malik yeganə universitetlərdən olan BMU-da müasir tələbə yataqxanaları, həmçinin sosial fəaliyyətlərin gerçəkləşməsi üçün əlverişli şərait mövcuddur. Xüsusilə tələbələrin özlərini inkişaf etdirmələri baxımından geniş imkanlar yaradılıb. BMU Texnoparkında tələbələrin innovativ təşəbbüsləri, startaplarının reallaşdırılması məqsədilə yeni layihələrin icrası gerçəkləşdirilməkdədir. Açılan yeni ixtisaslar, planlaşdırılan yeniliklər əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanması ilə yanaşı, universitet-sənaye iş birliyinin gücləndirilməsinə, məzunların məşğulluq səviyyəsinin daha da yüksəldilməsinə imkan verəcək.
Vurğulamaq vacibdir ki, bu ildən universitetdə ilk dəfə olaraq təkrar ali təhsil almaq imkanı da yaradılıb (//beu.edu.az/az/page/tekrar-ali-tehsil-400/).
Təkrar ali təhsilə qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin //portal.edu.az elektron portalı vasitəsilə gerçəkləşdirilir. Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə yalnız müsahibə aparılacaq və müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdikləri ixtisas üzrə tələbələr sırasına qəbul ediləcəklər.Şahnaz Əliyeva
Den.az
Bakı Mühəndislik Universitetində 36 ixtisas üzrə qəbul aparılır - SİYAHI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.