Azərbaycanda 9 mart 2026-cı il tarixində keçirilən 11 illik orta təhsil üzrə buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda iştirak üçün 58 139 nəfərin qeydiyyatı nəzərdə tutulsa da, onlardan 393 nəfər imtahana gəlməyib. Qaydaları pozduğuna görə 12 iştirakçı imtahandan kənarlaşdırılıb.
Maksimum nəticə — 300 bal — iki məzun tərəfindən əldə edilib: Aydın Çingiz oğlu Həsənli (Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 nömrəli məktəb) və Məhəmmədəli Əhməd oğlu Qurbanov (Bakı şəhəri, 289 nömrəli “Zəngi” liseyi).
Eyni zamanda ADA məktəbinin ingilisdilli bölməsinin məzunu Mikayıl Elşən oğlu Fərəcov 200 bal toplayaraq öz kateqoriyası üzrə ən yüksək nəticəni göstərib.
Qeyd olunub ki, digər dillərdə təhsil alan məzunlar imtahanı iki fənn üzrə — riyaziyyat və xarici dil — verir və onlar üçün maksimum nəticə 200 bal təşkil edir.

