Azərbaycanda birinci sinfə şagird qəbulu may ayının əvvəlində başlayacaq.
Bu barədə bu gün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
Onun sözlərinə görə, qeydiyyat 1–6 may tarixləri arasında həyata keçiriləcək.
Bağırov qeyd edib ki, təxminən 70–80 təhsil müəssisəsində prioritet qəbul sistemi tətbiq olunacaq. İlk növbədə məktəbin ərazisində yaşayan vətəndaşların qeydiyyatı aparılacaq, bundan sonra isə digər müraciət edənlərə imkan veriləcək.

