Azərbaycanda klinik ordinaturaya müsabiqə yolu ilə qəbulun birinci mərhələsindən uğurla keçən və ikinci turda iştirak hüququ qazanan namizədlərin qeydiyyatı başlayır.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.
Əvvəlki illərdə ordinaturaya qəbul imtahanlarının birinci mərhələsində müsbət nəticə əldə edən namizədlər də ikinci mərhələyə — ixtisas fənləri üzrə imtahana buraxılmaq üçün “Namizədin elektron ərizəsi” formasını doldurmalı, təsdiq etməli və müvafiq bölmədə qeydiyyatdan keçməlidirlər.
Profil fənləri üzrə imtahana buraxılan namizədlər **“Şəxsi kabinet”**lərindəki hesablarına vəsait əlavə etməli və DİM-in müəyyən etdiyi müddətdə — 22-30 iyul tarixlərində qeydiyyatı tamamlamalıdırlar.
İxtisas fənləri üzrə imtahan tapşırıqlarının yerinə yetirilməsi üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt veriləcək.
Xatırladaq ki, ordinaturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri 22 iyunda elan olunub.

