Məktəbli formalarının alınması zamanı seçim sərbəst şəkildə həyata keçirilir və valideynlərin məqsədli olaraq konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəbdən və ya yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində nəzərdə tutulan 4 növ geyim formasından biri tətbiq olunur.
2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
Seçilmiş vahid məktəbli forması ən azı 3 tədris ili ərzində dəyişdirilmir.


