Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva IV ixtisas qrupu üzrə qəbul imtahanında 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub.
Denmedia.az xəbər verir ki, bu barədə Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyi məlumat yayıb.
Liseyin məzunu olan Ayan Niftəliyevanın ailəsində bu, ilk belə uğur deyil. Onun qardaşı Nihad Niftəliyev də 3 il əvvəl yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olub.
Ayan Niftəliyeva, həmçinin “Əmanətə sədaqət” təqaüd proqramının iştirakçısıdır.

