Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilir.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən Denmedia.az-a məlumat verilib.
Bildirilib ki, ilk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir; Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.
Son müraciət tarixi: 3 sentyabr, 18:00
Qeydiyyat linki: portal.edu.az

