2026/2027-ci tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan şəxslər təhsil tələbə kreditindən yararlana biləcəklər.
Denmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər avqustun 28-dən etibarən əvvəlcə razılıq ərizəsi əldə etməli, daha sonra isə təhsil tələbə krediti üçün e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.
Razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil Notariat” tətbiqindən və ya mygov portalından əldə etmək mümkündür.
Müraciət edən vətəndaşlara operativ dəstək göstərilməsi məqsədilə Təhsil Tələbə Krediti Fondunun Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbədə yerləşən ofisində iş günləri 09:00-dan 18:00-dək məlumat xidməti fəaliyyət göstərir.
Müraciətlər Fondun çağrı mərkəzi və WhatsApp nömrələri vasitəsilə də qəbul olunur.
Çağrı mərkəzi: 146-5, (012) 599 12 02
WhatsApp: (077) 317-88-52, (077) 317-88-53
Qeydiyyat: e-ttkf.edu.az

