11 sentyabr tarixindən etibarən 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III mərhələsi başlayıb.
Denmedia.az xəbər verir ki, III mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər.
Boş qalan yerlərə sənəd qəbulu 14 sentyabr saat 12:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

