Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona birləşdirilməsi yolu ilə yenidən təşkil ediləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi olacaq. İnstitutun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Naxçıvan Dövlət Universitetinə keçəcək.
Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

