Baş rollarını Kerem Alışık, Doğukan Güngör, Reha Özcan və Merih Öztürkün paylaşdığı, Kanal D-də yayımlanan və Yeşilçam ənənələrindən ilhamlanan “Haysiyet” serialı ekranlarla vidalaşmağa hazırlaşır.
Denmedia.az xəbər verir ki, reytinqlərdə gözlənilən uğuru qazana bilməyən serialın 13-cü bölümdə final etməsinə qərar verilib.
Çərşənbə axşamları yayımlanan serialın finalına az qalmış yayım günü də dəyişdirilib. Yeni bölümün anonsunda “Haysiyet”in bundan sonra cümə axşamları ekranlara çıxacağı bildirilib.

Serialın çərşənbə axşamı yayım saatını hansı ekran əsərinin əvəzləyəcəyi də müəyyənləşib. Kanal D-nin yeni “Susuz Yaz” serialı dekabrın 1-dən etibarən tamaşaçılara təqdim olunacaq.

